ABŞ səfəri zamanı səhhəti pisləşən Vuçiç xəstəxanaya YERLƏŞDİRİLDİ

 03-05-2025

Serbiya Prezidenti Aleksandar Vuçiç səhhətində yaranan problemlərə görə ABŞ-yə səfərini yarıda qoyaraq Serbiyaya qayıtmaq qərarına gəlib.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə “Tanjuq” agentliyi məlumat yayıb.

Məlumata görə, Vuçiç ABŞ-yə səfəri zamanı qəfildən özünü pis hiss edib. Müayinədən sonra o, Serbiyaya qayıtmaq qərarına gəlib.

Səfər zamanı Vuçiç Nyu-Yorkun keçmiş meri Rudolf Culiani, həmçinin İllinoys ştatının sabiq qubernatoru Rod Blaqoyeviç və ABŞ-dəki serbiyalı iş adamları ilə danışıqlar aparmağa müvəffəq olub. Lakin ABŞ Prezidenti Donald Trampla görüş baş tutmayıb.

Məlumata görə, o, hazırda Belqraddakı Hərbi Tibb Akademiyasında müalicə alıq.

Agentliyin məlumatına görə, Serbiya liderinin administrasiyası yaxın günlərdə bu hadisəyə münasibət bildirəcək.

Bənzər yazılar

0.072975873947144