Məhkumlara videogörüşlər keçirmək hüququ verilir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən və parlamentin plenar iclasına tövsiyə edilən Cəzaların İcrası Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə görüşlərə məhdudiyyət qoyulduğu hallarda məhkumun xahişi olduqda qısa müddətli görüşlərin telefon danışıqları və videogörüşlərlə əvəz edilməsini nəzərdə tutur.
Qeyd edək ki, layihəni komitə üzvü Nizami Səfərov təqdim edib.