Fələstin prezidenti Mahmud Abbas mayın 8-də Moskvaya gəlməyi planlaşdırır

 30-04-2025

“Fələstin prezidenti Mahmud Abbas mayın 8-də Rusiyaya gələcək və mayın 10-da Rusiya lideri Vladimir Putinlə görüşməyə ümid edir”.

MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə ölkənin Moskvadakı səfiri Abdel Hafiz Nofələ istinadən “İzvestiya” nəşri məlumat yayıb.

Səfirin sözlərinə görə, Abbas mayın 8-də Moskvaya gələcək və Qələbə bayramı şənliklərində iştirak edəcək:

“Mayın 10-da o, Putinlə danışıqlar aparacağını gözləyir. Mümkün mövzular arasında Qəzzada baş verən humanitar fəlakət, İsrailin hərbi əməliyyatları və münaqişənin həlli perspektivləri var”.

Qeyd edək ki, iki lider arasında əvvəlki görüş 2024-cü ilin oktyabrında Kazanda keçirilən BRİKS sammiti zamanı baş tutub. Həmin vaxt Abbas və Putin eksklavda baş verənləri də müzakirə ediblər.

Bənzər yazılar

0.070394992828369