Bakıda DSX mayoruna hücum edən idmançıların həbs müddəti uzadılıb

 30-04-2025

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən idmançılar barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.

APA.az xəbər verir ki, bu gün Xətai rayon Məhkəməsində keçirilən prosesdə Elnur Həmidovun barəsində olan həbs-qətimkan tədbirinin müddəti iyunun 5-dək uzadılıb.

Hakim yeni sübutların toplanması üçün təqdimatı təmin edib. Qərara əsasən, Elçin Hüseynov, Elnur Həmidov və Musa Əhmədovun həbs müddəti daha 1 ay 5 gün uzadılıb.

Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib.

Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb.

Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb.

Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bənzər yazılar

0.078983068466187