Goranboy rayonunda məktəb direktoru MÜƏLLİMİ DÖYÜB? - İDDİA

 22-09-2022

Goranboy rayonunda məktəb direktorunun müəllimə xəsarət yetirdiyi iddia olunur.

Hadisənin rayonun Kələk kənd tam orta məktəbində baş verdiyi bildirilir. 

Belə ki, iddiaya görə, Goranboy rayon Kələk kənd Qafqaz Məmmədov adına tam orta məktəbin direktoru ilə müəllim arasında mübahisə yaranıb. Nəticədə direktor müəllimi döyüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə artıq müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən isə bildirilib ki, məsələ araşdırılır. 

Bənzər yazılar

0.20431089401245