İbrahim Kalın: “Rusiya və Ukrayna Türkiyənin vasitəçiliyi ilə 200 əsiri dəyişdirib” 

 22-09-2022

“Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Ukrayna arasında 200 hərbi əsir dəyişdirilib”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın "Twitter" səhifəsində yazıb.

“Prezidentimizin (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan-red) gərgin diplomatik işi nəticəsində baş verən bu mübadilə ölkəmizin həyata keçirdiyi sülh diplomatiyasının ən mühüm nəticələrindən biridir.

Türkiyə həmişə sülhün tərəfdarıdır”, - Ərdoğanın sözçüsü əlavə edib.

 

Bənzər yazılar

0.28474283218384