"Dövlətin humanitar siyasəti Azərbaycanı dünya səhnəsində gücləndirir".
MillətinSəsi.İnfo xəbər verir ki, bunu Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində "Heydər Əliyev və Suveren Azərbaycan" mövzusunda konfransda Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin ayrılmaz hissəsi olan Birinci vitse-prezident Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti dövlətçiliyimizin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, təhsilin, elmin, mədəniyyətin və sosial rifahın inkişafında müstəsna rol oynayır:
"Onun təşəbbüsləri və həyata keçirdiyi genişmiqyaslı layihələr Azərbaycan xalqının rifahına, eyni zamanda, beynəlxalq arenada ölkəmizin müsbət imicinin güclənməsinə mühüm töhfə verir".
Kamran Əliyev xüsusilə vurğulayıb ki, Heydər Əliyev Fondu regionların sosial-iqtisadi inkişafında, işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin dəstəklənməsində və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əvəzsiz rol oynayır:
"Bu fəaliyyət Azərbaycan dövlətinin humanist və inklüziv mahiyyətini bariz şəkildə nümayiş etdirir".