Xaçmazda bataqlıqda boğulan yeniyetmənin ölümünün TƏFƏRRÜATI məlum olub

 18-04-2025

Aprelin 18-i gecə saatlarında Xaçmazda 15 yaşlı Elçin Elman oğlu Bağırov bataqlığa düşüb.

MillətinSəsi.İnfo AZƏRTAC-a istinadla xəbər verir ki, hadisə Niyazabad kəndi ərazisində, dəniz sahilində yerləşən bataqlıqda baş verib.

Hadisə şahidlərinin dediyinə görə, at belində mal-qara axtaran Niyazabad kənd sakini Elçin Bağırov bataqlığa yıxılıb.

Yeniyetmənin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə xidmətinin əməkdaşları cəlb olunublar və Xaçmaz rayonunda bataqlıqda boğulan yeniyetmənin meyiti tapılıb.

"Report.az"ın məlumatına görə, 15 yaşlı Elçin Elman oğlu Bağırovun meyiti səhər saatlarında bataqlıqdan tapılaraq aidiyyəti üzrə təhvil verilib.

E.Bağırov rayonun Niyazabad kənd tam orta məktəbinin IX sinfində təhsil alıb. Onun 15 yaşı aprelin 17-də tamam olub.

Faktla bağlı araşdırma aparılır.

Xaçmaz rayonunun Niyazabad kəndində 15 yaşlı yeniyetmənin bataqlıqda boğularaq ölməsinin təfərrüatı məlum olub.

Oxu.Az-ın məlumatına görə, Niyazabad kənd tam orta məktəbinin IX sinif şagirdi Elçin Elman oğlu Bağırov məktəbdən buraxılış vərəqəsini alaraq bazar günü keçiriləcək imtahana hazırlaşırmış. O, evə qayıtdıqdan sonra mal-qaranı gətirmək üçün kənd ərazisindəki bataqlıq sahəyə yollanıb. Lakin o, bir daha geri dönməyib.

Yeniyetmənin ailəsinin məlumat verməsindən sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin Sularda Xilasetmə Xidmətinin əməkdaşları, dalğıclar və kənd sakinləri cəlb olunub. Gecə boyu davam edən axtarışlar nəticəsində səhər saatlarında Elçin Bağırovun cəsədi ərazidəki gölməçələrdən birində tapılıb və ailəsinə təhvil verilib.

Bənzər yazılar

0.066220998764038