İpoteka ilə mənzil almaq istəyənlərin NƏZƏRİNƏ!

 19-04-2025

Son dövrlərdə dövlət xətti ilə verilən ipoteka kreditləri üzrə illik faiz dərəcələri stabil qalsa da, bankların daxili resursları hesabına təqdim etdiyi ipoteka kreditlərinin faizləri artır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "Maliyyə Sabitliyi Hesabatı"nda qeyd olunub.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov Bizim.Media-ya danışıb. O, deyib ki, burada söhbət məhz bankların öz vəsaiti hesabına verilən ipoteka kreditlərdən gedir:

“Lakin dövlət xəttilə olan ipoteka kreditlərində qiymətlərdə dəyişiklik yoxdur, sabitdir.  Məlum olduğu kimi, son zamanlar əmanət faizləri artıb. Digər tərəfdən isə ölkədə kredit riskləri çoxalıb. Bu isə təbii olaraq banklar üçün əlavə xərclərə yol açır. Banklar da xərcləri qarşılamaq üçün faizləri artırırlar”,- o, deyib.

Ekspertin fikrincə, bankların kredit siyasətinə təsir edən amillərdən biri də insanlarda devalvasiya gözləntisidir.

“Bəzi insanlar banklara ipoteka üçün müraciət edib, pulu dollara çevirirlər. Beləliklə kreditə təlabat artır və faizlər çoxalır”,- deyə Ə.Həsənov fikrini yekunlaşdırıb.

Bənzər yazılar

0.063799858093262