Himalay Məmişova iki müşavir təyin olundu

 09-04-2025
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyəti sədrinə iki müşavir təyin olunub. 
 
Qaynarinfo-nun məlumatına görə, Məmmədzadə Tural Sədrəddin oğlu və Səmədov Orxan Pənah oğlu Himalay Məmişovun müşaviri təyin ediliblər. 
 
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Tural Məmmədzadə 2023-cü ilin fevral ayından 2025-ci ilin fevral ayınadək Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin köməkçisi, 1990-cı il təvəllüdlü Orxan Səmədov 2022-2025-ci illərdə isə DSMF-nın Mühasibat uçotu departamentinin müdir müavini vəzifəsində çalışıb. 
 

Tural Məmmədzadə 
 

Orxan Səmədov 

Bənzər yazılar

0.063571929931641