Mark Zukerberq üçüncü dəfə ATA OLACAQ

 21-09-2022

Mark Zukerberq üçüncü dəfə ata olacaq.

İş adamı həyat yoldaşı Prissilla Çanın hamilə olduğunu sosial şəbəkədə açıqlayıb

Sahibkar bu barədə özünün Facebook profilində məlumat verib.

“Gələn il Maks və Avqustun kiçik bacısı olacağını elan etməkdən məmnunuq”, - Zukerberq yazıb.

Qeyd edək ki, Mark Zukerberq və Prissilla Çan 10 illik münasibətdən sonra 2012-ci ildə evləniblər. Cütlüyün iki qızı var: 5 yaşlı Avqust və 6 yaşlı Maksim.

 

Bənzər yazılar

0.25309205055237