Mixail Kavelaşvili prezident kimi ilk səfərini Azərbaycana edəcək

 03-04-2025

Gürcüstan Prezidenti Mixail Kavelaşvili aprelin ortalarında Azərbaycana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, Kavelaşvilinin planlaşdırılan səfərləri barədə məlumatı onun beynəlxalq əlaqələr üzrə müşaviri Luka Exvaya yayıb.

O bildirib ki, Kavelaşvilinin ilk xarici səfəri aprelin 14-15-də Azərbaycana baş tutacaq:

“Azərbaycandan sonra isə Ermənistana - güman ki, ayın sonunda”.

Bənzər yazılar

0.063973903656006