Bir dəqiqədə beş qırmızı vərəqə göstərilən oyun barədə AFFA QƏRAR VERDİ

 27-03-2025

Region Liqasında keçirilən qalmaqallı İCBFA - "Xudat City" oyununda baş verənlərə hüquqi qiymət verilib.

MillətinSəsi.İnfo xəbər verir ki, AFFA-nın İntizam Komitəsi görüşün 80-ci dəqiqəsində yaşananları müzakirə edərək müvafiq qərarlar verib.

Həmin vaxt təcavüzkar davranışa görə 5 futbolçu qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. İCBFA-nın futbolçuları Rüfət Cəbrayıllı, Fərhad Eyvazlı, Tural Səfərli, "Xudat City"nin oyunçuları Ranar Aşurbəyov və Telman Ağabalayev 4 oyun cəzalandırılıblar.

Bənzər yazılar

0.060383081436157