İtaliya A Seriyası: "Napoli" "Milan"ı məğlub etdi

 31-03-2025

İtaliya A Seriyasının 30-cu turunun "Napoli" - "Milan" qarşılaşması başa çatıb.

Oxu.Az xəbər verir ki, meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.

Qarşılaşmada ilk qolu ikinci dəqiqədə "Napoli"nin futbolçusu Matteo Politano vurub. 19-cu dəqiqədə belçikalı hücumçu Romelu Lukaku neapolluların top fərqini artırıb. 84-cü dəqiqədə "Milan"ın serbiyalı hücumçusu Luka Yoviç qollardan birinin əvəzini çıxıb.

"Napoli" İtaliya A Seriyasının turnir cədvəlində 64 xalla ikincidir. "Milan" 47 xalla 9-cu yerdə qərarlaşıb.

Bənzər yazılar

0.073568105697632