Ağ Ev İlham Əliyev-Donald Tramp-Nikol Paşinyan görüşlərinin proqramını açıqlayıb

 08-08-2025

Ağ Ev administrasiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp, Ermənistan Baş naziri Nikol Paşinyanın ikitərəfli və üçtərəfli görüşlərin proqramını açıqlayıb.

MilletinSesi.info xəbər verir ki, bu barədə jurnalist Aleks Raufoğlu öz sosial şəbəkə hesabında yazıb.

ABŞ Prezidenti Donald Tramp cümə günü Ağ Evdə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə ayrı-ayrılıqda görüşəcək, ardınca isə üçtərəfli imzalanma mərasimi keçiriləcək.

Ağ Evin açıqladığı cədvələ görə, Donald Tramp saat 14:30-da Nikol Paşinyanı qarşılayacaq, 14:35-də ikitərəfli görüş, 15:05-də isə imzalanma mərasimi keçiriləcək. Saat 15:10-da İlham Əliyevlə salamlaşma mərasimi, 15:15-də ikitərəfli görüş, 15:45-də isə imzalanma mərasimi nəzərdə tutulub.

Günün yekununda, saat 16:15-də Ağ Evdə hər iki liderin iştirakı ilə üçtərəfli imzalanma mərasimi baş tutacaq.

Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü Bakı vaxtı ilə saat 23:20-də nəzərdə tutulub.

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü Bakı vaxtı ilə saat 00:00-da keçiriləcək.

ABŞ Prezidenti ötən gün “Truth” hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O həmçinin bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.

Azərbaycan Prezidentinin görüşlərini aşağıdakı keçidlərdən canlı izləmək olar:

https://youtube.com/@whitehouse?si=xPOdX0lCjaZzBAii

https://x.com/whitehouse

 

Bənzər yazılar

0.070791006088257