Murmansklı kişi binanın damından 60-a yaxın atəş açıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional Mətbuat Xidməti xəbər verib.
Bildirilir ki, Murmansk şəhərində "hüquq-mühafizə orqanları əməkdaşlarının həyatına qəsd edilməsi" ilə bağlı açılmış cinayət işinin istintaqı çərçivəsində atəş açan şəxsin kimliyi müəyyən edilib.
"O, elə damından atəş açdığı binada yaşayan və əvvəllər məhkum olunmamış 43 yaşlı yerli sakin olub. Şübhəli şəxs ümumilikdə azı 58 atəş açıb, xəsarət alan olmayıb", - deyə məlumatda vurğulanır.
Qeyd olunur ki, baş və sol bud nahiyəsindən yaralanan şübhəli xəstəxanada nəzarət altındadır. Tibbi əks-göstərişlər olmadığı təqdirdə onunla zəruri istintaq prosesi aparılacaq.
"Şübhəli şəxsin yaşayış yerində atəş zamanı istifadə etdiyi "Vepr" karabini və "İJ" (MR 27) tüfənginə aid sənədlər aşkar edilib və götürülüb. Göstərilən silah, həmçinin şübhəli şəxsin telefonu və notbuku hadisə yerindən götürülüb. İstintaq çərçivəsində müstəntiqlər tərəfindən silahın əldə edilməsi və saxlanılmasının qanuniliyinə müvafiq hüquqi qiymət veriləcək", - deyə İstintaq Komitəsindən əlavə edilib.
Rusiyanın Murmansk şəhərində yerli sakin keçmiş yataqxana olan 14 mərtəbəli binanın damından insanlara atəş açıb.
Milletinsesi.info-ın verdiyi məlumata görə, bu barədə RBK xəbər yayıb.
Qeyd olunur ki, əvvəlcə tək-tək atəş açılıb, sonra isə atəş fasiləsiz davam edib.
Rusiyanın Xüsusi Təyinatlı Çevik Əməliyyat Dəstəsi (SOBR) və OMON əməkdaşları atəş açan kişini ələ keçirə biliblər. Onun 1981-ci il təvəllüdlü yerli sakin olduğu öyrənilib.
"Murmanskda binanın damından naməlum şəxsin atəş açması nəticəsində heç kim xəsarət almayıb. Atəş açan şəxs tək olub, o yaralanıb. Onu snayperler zərərsizləşdiriblər", - deyə regionun təcili yardım xidmətlərinin məlumatından bildirilib.
Atəş açan şəxsin vəziyyətinin ağır olduğu bildirilir. Həmçinin məlumata görə, kişinin cinayət zamanı sərxoş olması ehtimalı istisna edilmir.
Hadisə yerində polis əməkdaşları işləyirlər.