Ötən gün 48 cinayətin üstü açılıb

 27-03-2025

Martın 26-da ölkə ərazisində qeydə alınan 42, əvvəlki dövrlərdən bağlı qalan altı cinayətin üstü açılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 31, o cümlədən borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı altı fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Yaşadığı ünvanı tərk etdiyinə görə, itkin düşmüş kimi axtarışı aparılan 16 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Ötən gün polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında bir avtomat silahı, 23 qumbara, 32 alışdırıcı, iki tapança aşkar edərək götürüblər.

Bənzər yazılar

0.061808109283447