Bacısını qətlə yetirən şəxsin məhkəməsi başlayır

 30-03-2022

Şabranda bacısını qətlə yetirməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib.

Rayon prokurorluğundan verilən məlumata görə, 2021-ci il dekabrın 4-də rayonun Çaraq kənd sakini, 1998-ci il təvəllüdlü Nəcibə İsayevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şabran Rayon Prokurorluğunda başlanan cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Aparılan istintaqla zərərçəkmişin qardaşı, 1992-ci il təvəllüdlü Rüfət Quliyevin birgə yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nəcibə İsayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bənzər yazılar

0.40989708900452