Yasamal rayonu ərazisində ağaclar MƏHV EDİLİR - Nazirlik hərəkətə keçdi

 26-03-2025

Bakının Yasamal rayonu ərazisində ağacların kəsildiyini əks etdirən görüntülər yayılıb.

MillətinSəsi.İnfo Globalinfo.az-a istinadən xəbər verir ki, görüntülər Şərifzadə küçəsi, İTV-nin binasının arxası, "Azon zavodu"nun ərazisində qeydə alınıb. 23 aprel 2024-cü ilə - bir il öncəyə aid videoda ərazidə xeyli şam və küknar ağaclarının olduğu görünür. İddia olunur ki, hazırda ağaclar texnika ilə məhv edilir.

Şahidlərin sözlərinə görə, "Avant Park" şirkəti yaxınlıqda tikinti aparır, amma ağacları qıran bu şirkətin olub-olmadığı bilinmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova bildirib ki, məsələdən xəbərdardırlar. Onun sözlərinə görə, nazirliyin əməkdaşları araşdırma aparır. İ.İbrahimova açıqlamasında qeyd edib ki, nazirliyin rəsmiləri artıq hadisə yerindədirlər.

Bənzər yazılar

0.064820051193237