ABŞ Venesueladan neft və qaz alan ölkələri cəzalandıracaq

 25-03-2025

ABŞ hökuməti 2 apreldən etibarən Venesueladan neft və ya qaz alan ölkələrə 25% miqdarında idxal rüsumu tətbiq etməyi planlaşdırır.

Milletinsesi.info-ın məlumatına görə, bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində açıqlayıb.

"Venesueladan neft, yaxud qaz alan hər hansı bir ölkə ABŞ ilə bütün ticarət əməliyyatları üzrə 25% tarif ödəməyə məcbur olacaq", - deyə Tramp bildirib.

ABŞ prezidentinin "ikinci dərəcəli rüsumlar" adlandırdığı bu tədbir, Trampın iddiasına görə, Venesuelanın ABŞ-yə cinayətkarları göndərməsi səbəbi ilə tətbiq edilir.

Bənzər yazılar

0.067845106124878