Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanında Ukrayna ilə bağlı danışıqlar və sanksiyaların ləğvi barədə müzakirələr fonunda Rusiyaya qarşı sanksiyaları gücləndirmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat verib.
"Aİ-nin əsas diqqəti əvvəllər olduğu kimi, sanksiyalar da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə edərək Rusiyaya maksimum təzyiq göstərməkdir", - Aİ-nin nümayəndəsi Anitta Hipper bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması və Rusiya qüvvələrinin Ukraynanın bütün ərazisindən qeyd-şərtsiz çıxarılması sanksiyaların dəyişdirilməsi və ya ləğvi üçün əsas şərtlərdən biri ola bilər.
Hipper, həmçinin vurğulayıb ki, Aİ-nin məqsədi hərtərəfli, ədalətli və davamlı sülhə nail olmaqda Ukraynaya dəstək olmaqdır.