Gürcüstanda bankda girov saxlanılanlar AZAD EDİLİB: Qarətçi HƏBS OLUNUB + FOTO/VİDEO

 20-09-2022

Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında girov saxlanılan bütün şəxslər azad edilib.

Məlumata görə, onları girov götürən cinayətkar saxlanılıb.

Qarətçi girovların müqabilində iki milyon dollar tələb edirdi.

Məlumata görə, həmin şəxs Gürcüstan vətəndaşı deyil, Polşada yaşayırmış və kazinoda külli miqdarda pul uduzandan sonra kredit borcları yaranıb.  

Qeyd edək ki, ilk əvvəl Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında girov saxlanılan 12 nəfərdən üçü azad edilib. 

Kutaisi şəhərində “Gürcüstan Bankı”nın filialında insanları girov götürən qarətçi qumbaranın alışqanını çəkərək onu partladacağı ilə hədələyib.

Bundan əvvəl səsləndirilən tələblərdən birinin yanlış anlaşıldığı da bəlli olub. Gürcüstan KİV-də yayılan məlumata görə, qarətçi tilov deyil, rasiya tələb edirmiş. Qarətçinin dediyi “ankesi” sözü gürcü dilində bu hər iki mənanı verir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları vətəndaşlardan və KİV nümayəndələrindən bankın yaxınlığındakı ərazini tərk etmələrini istəyiblər.

 

Mənbə: Gazeta.ru, Sputnik Gürcüstan

Bənzər yazılar

0.27133083343506