Özbəkistanla hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri MÜZAKİRƏ EDİLİB

 20-09-2022

Ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası Müdafiə Nazirliyinin Hərbi kadrların hazırlanması idarəsinin nümayəndə heyəti Milli Müdafiə Universitetini ziyarət ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qonaqlara Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub, müzakirələr aparılıb.

Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi təhsil sahəsində qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Sonda qarşılıqlı maraq doğuran məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Bənzər yazılar

0.45152807235718