Rəcəb Tayyib Ərdoğan İsrailə SƏFƏR EDƏCƏK

 20-09-2022

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-dakı yəhudi icmasının bir neçə yüksək vəzifəli üzvünə İsrailə səfər etmək niyyətində olduğunu bildirib.

Türkiyə liderinin ehtimal olunan səfərinin tarixi barədə məlumat verilmir.

Eyni zamanda, İsrailin baş naziri Yair Lapidin bu həftə BMT Baş Assambleyası çərçivəsində Ərdoğanla görüşü gözlənilir.

Xatırladaq ki, sentyabrın 17-də Ərdoğan ən qısa zamanda İsrailə yeni səfir təyin edəcəyini açıqlamışdı. Sentyabrın 19-da isə İsrail Türkiyə ilə münasibətlərin normallaşması fonunda Ankaraya təyin edib.

Mənbə: Yəhudi Teleqraf Agentliyi (JTA)

Bənzər yazılar

0.28578996658325