Elnur Əliyev: “Yaradıcı sənayenin digər cəlbedici tərəfi odur ki, burada bəlli bir yaş qrupu yoxdur”

 20-09-2022

“Məqsədimiz yaradıcı insanların sənaye bazarına inteqrasiya etmələridir”.

Oxu.aZ xəbər verir ki, bunu mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev “Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları” adlı beynəlxalq elmi-praktik konfransda media nümayəndələrinə açıqlamasında deyib.

Onun sözlərinə görə, əsas məqsəd mədəniyyət iqtisadiyyatının inkişafına töhfə verməkdir.

“Tədbirin ilk günü 19 sentyabrda Şuşa şəhərində keçirildi. Bu gün tədbirin ikinci günü Bakıda davam edir. Tədbirimizə 15 ölkəni təmsil edən müxtəlif mütəxəssislər gəliblər. Hər biri təcrübəsi olan insanlardır.

Azərbaycan mədəniyyətinin əsas dəyərlərindən olan multikulturalizm bizə əsas verir ki, bütün dünyada tələbat olan mədəni məhsullar yarada bilək. Bu məhsullar yaradılıb, satılır. Bizim məqsədimiz bunu sənaye şəklində çatdırmaqdır. Bununla yanaşı, xarici tərəfdaşlarla əməkdaşlıq etməkdir”.

E.Əliyev qeyd edib ki, böyük üstünlüyümüz olduğunu düşünür:

“Bu gün tədbirdə iştirak edən beynəlxalq mütəxəssislər arasında, qeyd etdiyimiz kimi, sənayenin praktik təcrübəsinə malik olan, eyni zamanda qonaqlarımız arasında sənayeyə sərmayə yatıra biləcək insanlar da var.

Müxtəlif ölkələrdə yaradıcı sənayelər ölkə iqtisadiyyatının vacib hissəsini təmsil edir. Böyülk Britaniyada yaradıcı sənaye ümumdaxili məhsulun 8, ümumi ixracatın 12 faizini təşkil edir. Bu bizə məhsulları dünya miqyasında ixrac etməyimizə əsas verir.

Yaradıcı sənayelərin digər cəlbedici tərəfi odur ki, burada bəlli bir yaş qrupu yoxdur. Hər bir istedadı, yaradıcı qabiliyyəti olan, müasir texnologiyaları idarə edə biləcək insan bu bazara asanlıqla daxil ola bilər”.

Nəzrin Vahid

Bənzər yazılar

0.21123600006104