Xırdalanda su kəsildi

 21-03-2025

Xırdalan şəhərində su təchizatı müvəqqəti dayandırılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunun Xırdalan şəhərində diametri 1 000 mm olan kanalizasiya borusunda yaranmış qəza ilə əlaqədar Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı idarəsi təmir-bərpa işləri aparır.

Bu səbəbdən, Xırdalan şəhərində su təchizatı 21 mart 2025-ci il tarixində saat 22:00-dan etibarən dayandırılıb.

Bənzər yazılar

0.060921907424927