ABŞ Ukraynanın nə zaman “F-16” əldə edəcəyini AÇIQLADI

 20-09-2022

ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandanı general Ceyms Heker bildirib ki, tədarüklə bağlı qərar qəbul olunarsa, Ukrayna iki-üç il ərzində “F-16” qırıcı-bombardmançı təyyarələri alacaq.

Hekerin fikrincə, Qərb ölkələri Kiyevə hərbi yardım haqqında uzunmüddətli perspektivdə daha çox düşünməyə başlayır.

O, hesab edir ki, Ukraynadakı münaqişə illərlə davam edə bilər.

Bundan əvvəl ABŞ Prezidenti Co Bayden Ukraynaya 675 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılmasını təsdiqləyib.

ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sözlərinə görə, Qərbin Kiyevə yardımı uzun müddət üçün nəzərdə tutulub.

Mənbə: Politico

Bənzər yazılar

0.26941990852356