Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

 20-09-2022

“Milli komandamız Çexiyanın paytaxtı Praqada gənclər arasında keçirilən cüdo üzrə Avropa çempionatında əla çıxış etdi”.

Bunu Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının baş məşqçisi Elxan Məmmədov “Report”a açıqlamasında deyib.

“Final görüşlərindən danışmaq istəyirəm. Çox gözəl güləş göstərdilər. Finala çıxan 4 idmançımızın hər biri rəqiblərə xal vermədən qalib gəldi. Bu, komandanın fiziki və taktiki hazırlığını göstərir”, - Elxan Məmmədov vurğulayıb.

Baş məşqçi millinin yarışlara çox yaxşı hazırlaşdığını əlavə edib:

“Polşada, Türkiyədə və Xorvatiyada beynəlxalq təlimlər keçirilmişdi. Ona görə də millimiz bu yarışa hazır idi, şükür ki, nəticələr çox yaxşı oldu”.

Bənzər yazılar

0.66734194755554