Aleksandr Lukaşenkonun andiçmə mərasiminin tarixi məlum olub

 20-03-2025

Belarusun yeni seçilmiş Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi martın 25-də keçiriləcək.

Oxu.Az xəbər verir ki, bu barədə Belarusun Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Qeyd edək ki, Belarusda prezident seçkisi yanvarın 26-da keçirilib. MSK-nın təsdiq etdiyi səsvermə nəticələrinə görə, hazırkı dövlət başçısı Aleksandr Lukaşenko 86.82 faiz səs toplayaraq yenidən prezident seçilib.

Bənzər yazılar

0.071333169937134