Cəlilabadda Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanıb.
“XəzərXəbər”ə danışan sakinlər evlərinə getmək üçün iki-üç kilometr əlavə yol qət etməli olduqlarını bildiriblər.
Bunun səbəbi əsas prospektin təmir olunarkən ara küçələrə giriş-çıxışın bağlanması olub.
Küçə sakinləri iddia edirlər ki, yeni Ələt-Astara magistral yolu istifadəyə veriləndən sonra Səttarxan küçəsinin 12 döngəsinin Heydər Əliyev prospektinə çıxışı bağlanıb.
Vətəndaşlar deyirlər ki, əvvəllər bu döngələrin hər birinin Heydər Əliyev prospektinə çıxışı olub. Sonradan bu çıxışlar bağlanıb. Onlar prospektdən təxminən 50 metr məsafədə yerləşən evlərinə bir neçə kilometr əlavə yol gedərək çatırlar.
Məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu addım piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə atılıb. Heydər Əliyev prospekti avtomobillərin intensiv hərəkət etdiyi yol olduğundan və prospekt yeni Ələt-Astara magistralına çıxdığından Səttarxan küçəsinin bütün döngələri bağlanıb. Yalnız alternativ yolu olmayan döngələrin çıxışları açıq saxlanıb.
Daha ətraflı süjetdə: