"Zirə"dən yeni transfer

 08-03-2025

"Zirə" yeni futbolçu ilə anlaşıb.

Milletinsesi.info xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi Rikardo Martins Gimaraynş "Gima"nı heyətinə qatıb. Mozambikli yarımmüdafiəçiylə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində Portuqaliyanın "Oliveyrense", "Sportinq B", "Akademika", "Şaveş", Polşanın "LKS Lodz" və Türkiyənin "Iğdırspor" klublarında çıxış edib.

Mozambik millisinin üzvü olan futbolçu yığmada keçirdiyi 15 oyunda 2 dəfə fərqlənib.

Bənzər yazılar

0.06255316734314