Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyəti sədrinin vəzifələrinin müvəqqəti icra edilməsi Dunay Bədirxanova həvalə edilib.
MillətinSəsi.info APA-ya istinadən xəbər verir ki, D.Bədirxanov daha öncə qurumun İdarə Heyətinin sədrinin müavini vəzifəsini icra edib.
Qeyd edək ki, "Azerkosmos"un İdarə Heyətinin sədri bu gün rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
Dunay Bədirxanov artıq 11 ildən çoxdur ki, Azərkosmosda çalışır.
O, 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Astronavtika Konqresi üzrə Beynəlxalq Proqram Komitəsinin həmsədridir.
Dunay Bədirxanov əmək fəaliyyəti dövründə Azərbaycanın “Azerspace-1” və “Azerspace-2” peyklərinin orbitə çıxarılması üzrə məsul vəzifələrdə, o cümlədən “Azerspace-2” peyk layihəsinin proqram meneceri olub.