Çörək sexində BƏDBƏXT HADİSƏ: Zəhərlənənlər var

 18-02-2025

Gədəbəydə çörəkbişirmə sexində 3 nəfər dəm qazından zəhərlənib.

Milletinsesi.info "Report"a istinadən məlumat verir ki, Gədəbəy şəhəri ərazisində yerləşən çörəkbişirmə sexində çalışan 1976-cı il təvəllüdlü X.Həsənova, 1971-ci il təvəllüdlü P.Sadıqova və 1986-cı il təvəllüdlü S.Hüseynova dəm qazından zəhərləniblər.

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.060845851898193