Azərbaycan və Somali prezidentlərinin təkbətək görüşü olub

 12-02-2025

Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud ilə təkbətək görüşü olub.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Qeyd edək ki, ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Bənzər yazılar

0.069157123565674