Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin VƏZİYYƏTİ AĞIRDIR

 01-02-2025

"Dünən mağazadan çıxarkən halı pisləşib, yıxılıb".

Milletinsesi.info xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında Nazim Pişyarinin (Faytonçu) səhhətindən danışıb:

"Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir".

K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu da bildirib:

"Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi".

"Müğənni Faytonçu Nazim ilkin olaraq Kliniki Tibbi Mərkəzə gətirilib".

Bu barədə Milletinsesi.info-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 30-da saat 22:22-də Nəsimi rayonu, H.Əliyev prospekti ərazisindən yıxılma səbəbilə çağırış daxil olub.

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Qapalı kəllə-beyin travması alan müğənni Nazim Pişyarini (Faytonçu) briqada Kliniki Tibbi Mərkəzə təxliyə edib.

O, Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul edilib. Xəstəyə neyrocərrah baxışı olub, zəruri müayinələrdən keçirilib.

Xəstə müayinələrdən sonra işemik insult diaqnozu ilə özəl müəssisələrdən birinə hospitalizasiya olunub", - məlumatda qeyd edilib.

Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin VƏZİYYƏTİ AĞIRDIR

Aygün Mirakif

Müğənni Nazim Pişyari (Faytonçu) xəstəxanaya yerləşdirilib.

Milletinsesi.info Axşam.az-a istinadla xəbər verir ki, sənətçi işemik insult keçirib. Küçədə yıxılan Nazim qapalı kəllə beyin travması da alıb.

O, hazırda özəl xəstəxanalardan birində müalicə alır.

N.Pişyarinin yaxınları ilə əlaqə saxlamaq mümkün olmayıb.

Bənzər yazılar

0.059398174285889