Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Bakıya gəlib

 31-01-2025

Türkiyənin Azərbaycana yeni təyin olunan səfiri Birol Akgün Bakıya gəlib.

Oxu.Az-a bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Səfir sabahdan etibarən vəzifəsinin icrasına başlayacaq.

Xatırladaq ki, 11 yanvar tarixində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Birol Akgünü Azərbaycana yeni səfir təyin edib.

Ötən ilin dekabrın 14-də isə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçının diplomatik fəaliyyət müddəti başa çatıb.

 

Bənzər yazılar

0.060206890106201