Atasının adını daşıyan şəhid oğlu 1-Cİ SİNİFƏ GEDİB

 15-09-2022

Bu gün Azərbaycanda yeni dərs ili başlayıb.

İlk dəfə məktəbə gedən uşaqlar arasında şəhid övladları da var.
 
Onlardan biri 2016-cı ilin Aprel döyüşlərində şəhid olan zabitimiz, leytenant Qabil Orucəliyevin oğlu Qabildir. Atası şəhid olmazdan 4 gün əvvəl, 2016-cı ilin 29 mart tarixində dünyaya gəlmiş balaca Qabil atasının ad-soyadını yaşadır.
 
Qeyd edək ki, şəhid leytenant Qabil Orucəliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidentinin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
 

Bənzər yazılar

0.20460414886475