NATO Müttəfiq Hava Komandanlığı (AIRCOM) çoxlu sayda Rusiya döyüş təyyarəsinin Polşa hava məkanına daxil olduğunu bəyan edib.
Ölkə.Az xəbər verir ki, bu barədə məlumat NATO Müttəfiq Hava Komandanlığının (AIRCOM) sosial media hesabında paylaşılıb.
“Çoxlu sayda Rusiya təyyarəsi Polşa hava məkanına daxil olub”, - məlumatda deyilir.
Məlumatda eyni zamanda qeyd olunur ki, buna cavab olaraq 2 Norveç F-35 təyyarəsi havaya qalxıb.
"Norveç təyyarələri ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxıb, müttəfiqlərin NATO-nun şərq cinahına sadiqliyini nümayiş etdirib", - məlumatda qeyd olunur.
Mürtəza
Ölkə.Az