Qaydaları pozan həndbolçu yarışlardan kənarlaşdırıldı

 17-01-2025

Beynəlxalq Dopinq Test Agentliyi (ITA) dünya çempionatı zamanı antidopinq qaydalarını pozduğuna görə portuqaliyalı həndbolçu Miqel Martinesi yarışlardan kənarlaşdırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə İTA-nın mətbuat xidməti məlumat yayıb.

Müsbət nəticə verən test Portuqaliyanın Çexiya yığması ilə görüşündən sonra götürülüb.

Qeyd edək ki, yanvarın 14-də start götürən mundial fevralın 2-dək davam edəcək. Matçlar Danimarka, Norveç və Xorvatiyada keçirilir.

Bənzər yazılar

0.060199022293091