Premyer Liqa təmsilçisi baş məşqçisi ilə yollarını ayırdı

 10-01-2025

İngiltərə Premyer Liqa təmsilçisi "Everton" baş məşqçisi Şon Dayçla yollarını ayırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli mütəxəssislə yanaşı, onun dörd köməkçisi də komandadan ayrılıb.

Liverpul təmsilçisinə müvəqqəti olaraq 18 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Leyton Beyns rəhbərlik edəcək.

Qeyd edək ki, ötən gün daha bir Premyer Liqa təmsilçisi "Vest Hem" baş məşqçisi Xulen Lopeteqini istefaya göndərmişdi.

Bənzər yazılar

0.058287858963013