İranın Bəndər Abbas bölgəsində yanacaq oğurluğu üçün nəzərdə tutulan boru kəməri tapılıb.
Ölkə.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, qeyri-qanuni iki kilometrlik boru kəməri ilə gündə təxminən 70 min litr təyyarə yanacağı ötürülür.
Aşkar edilmiş avadanlığın tədqiqi, boruların korroziyası və paslanması göstərir ki, oğrular uzun müddətdir bu boru kəmərindən istifadə edirlər. Qanunsuz borunun özü təxminən dörd milyard tümən dəyərindədir və görünür, oğrular lazımi texniki biliyə və məlumata malik olublar.