ABŞ-ın gələcək administrasiyası Yaxın Şərqdə sülh əldə etmək üçün İsraildən Qəzza ilə razılaşma bağlamasını tələb edir.
"Ölkə.az" xəbər verir ki, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff şənbə günü İsrailin baş naziri Benyamin Netanyahuyla görüşərək, bu məsələni Tramp administrasiyasının əsas prioritetlərindən biri kimi vurğulayıb.
"Trampın məqsədi, 20 yanvar – prezidentin vəzifəyə başlaması gününə qədər razılaşma əldə olunmasıdır", – məlumatda qeyd olunur.
İsrail tərəfi məsələnin həssaslığı və Tramp administrasiyasının Yaxın Şərqdə sülh səylərinə yönələn fəallığı ilə bağlı əlavə şərh verməkdən çəkinib.(musavat.com)