Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Bununla bağlı President.az məlumat yayıb.
Qanuna əsasən, 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib.
Bu Qanun 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.