Ucar rayonunun Qazıqumlaq kəndi ərazisindən keçən asfalt örtüklü yolda at arabası ilə qəza törədən şəxslə bağlı məhkəməyə qərar verib.
Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 14 iyul 1991-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində doğulmuş F.G. həmin yolda at arabası ilə "VAZ 21074" markalı nəqliyyat vasitəsinin qarşısına çıxaraq toqquşub.
Məhkəmədə avtomobilin sahibi H.O. deyib ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə qarşı heç bir şikayəti, maddi və mənəvi ziyan tələbi yoxdur.
Məhkəmənin qərarı ilə F.G. İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə ona 80 manat məbləğində cərimə edilib.