Şöbə müdiri işdən çıxarıldı, narazı qaldı

 13-12-2024

Azərbaycan Metrologiya İnstutununun şöbə müdiri Qara Tağıyev işdən çıxarılıb. 

Qaynarinfo.az-a istinadən verilən məlumata görə, Qara Tağıyev bundan sonra əmək münasibətlərinə dair Nərimanov Rayon Məhkəməsində iddia qaldırıb. 

O, qurumdan əmək haqqı tələb edir. İş hakim Mehriban Əfəndizadənin icraatındadır. 

Qara Tağıyev qurumda tətbiqi metrologiya şöbəsinin müdiri vəzifəsində işləyib. 

Azərbaycan Metrologiya İnstitutu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir. İnstitutun baş direktoru Xamis Seyranovdur. 

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 22 iyul 2024-cü il tarixli Əmri ilə Xamis Seyranov “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsin baş direktoru vəzifəsinə təyin edilib.

 

Bənzər yazılar

0.059888124465942