Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana xarici ölkələrdən 521 min 250 kiloqram sarıkök gətirilib.
Valyuta.az xəbər verir ki, bu miqdarda məhsul idxalına çəkilən xərcin həcmi 870 min 370 ABŞ dolları (1 milyon 479 min 629 manat) olub. İdxal olunan bir kiloqram sarıkökün qiyməti 1,67 dollar (2 manat 83 qəpik) təşkil edib.
Bu dövrdə ən baha sarıkök Türkiyədən alınıb. Belə ki, Türkiyədən 3 min 810 kiloqram miqdarında, 36 min 730 dollar dəyərində sarıkök gətirilib. Alınan məhsulun bir kiloqramının orta qiyməti 16 manat 30 qəpik təşkil edib.
Azərbaycana sarıkök gətirilən ölkələr və alınan məhsulun qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:
Ölkələr | Miqdar (ton) | Məbləğ (min ABŞ dolları) | Bir kiloqram üçün orta qiymət (manatla) |
Birləşmiş Ərəb Əmirlikləri | 0,6 | 0,87 | 2,46 |
Hindistan | 346,65 | 614,3 | 3,01 |
İran İslam Respublikası | 162,19 | 201,81 | 2,11 |
Türkiyə | 3,81 | 36,73 | 16,3 |
Vyetnam | 8 | 16,56 | 3,51 |
İtaliya | - | 0,1 | - |