Novak: OPEC+ ölkələri saziş şərtlərini 100 faizdən çox yerinə yetirir

 06-12-2024

OPEC+ ölkələri birlikdə saziş şərtlərini 100 %-dən çox yerinə yetirir.

“Ölkə.az” xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak OPEC+ nazirlərinin görüşünün yekunlarına dair “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

“Razılaşmanın icra səviyyəsi 100 %-dən çoxdur. Kompensasiya ödəməli olan ölkələr var idi, onlar təzminat qrafikini OPEC katibliyinə təqdim ediblər. Onlar öz kvotalarının yerinə yetirilməsini və hasilata görə OPEC katibliyi ilə razılaşdırılan təzminatı təmin edəcəklər”, - o deyib.

Nazirlər görüşündən sonra OPEC+ ölkələri 2025-ci il üçün razılaşdırılmış neft hasilatı kvotalarını 2026-cı ilə qədər uzatmaq qərarına gəliblər.

Eyni zamanda alyans səkkiz ölkənin sadiq qaldığı 2,2 milyon barel/gündəlik cari könüllü azalmaların müddətini 2025-ci ilin birinci rübünün sonuna qədər artırıb. Bundan sonra OPEC+ ölkələri 2026-cı ilin sentyabr ayının sonuna qədər davam edəcək hasilatı bərpa dövrünə qədəm qoyacaqlar.

Daha əvvəl 2025-ci ilin sonunda başa çatması planlaşdırılan 1,65 milyon barel/gündəlilk hasilat məhdudiyyətləri 2026-cı ilin sonuna qədər uzadılıb. Bundan əlavə, BƏƏ OPEC+ kvotası çərçivəsində hasilatın tədricən 300 min barel artırılmasını 2025-ci ilin yanvarından 2025-ci ilin aprelinə təxirə salıb.

OPEC+ nazirlərinin növbəti görüşü 2025-ci il mayın 28-nə planlaşdırılıb.

Bənzər yazılar

0.10369491577148