Bayden Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı qərar verə bilər - Zelenski

 02-12-2024

Hakimiyyətdən getməyə hazırlaşan ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynanı NATO-ya dəvət etməyə  vaxt tapacaq və alyans liderləri də bu siqnalı müsbət qəbul edəcək.

Ölkə.Az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Avropa qurumlarının yeni rəhbərliyi ilə görüşdən sonra bəyan edib.

Onun sözlərinə görə, NATO-ya üzvlüklə bağlı illüziyalar olmasa da, müəyyən müsbət meyillər müşahidə olunmaqdadır. 

O əlavə edib ki, bununla bağlı yalnız ümumi siqnal bütün NATO liderləri tərəfindən müsbət qəbul edilə bilər. "Önümüzdəki həftə Ukrayna üçün son fürsət olmasa da, növbəti addımlara ümid etmək lazımdır. 
İndiki ABŞ hökumətinin iki ayı var. O, bir neçə avropalı skeptik üzərində təsir gücünə malikdir. Mənim kimi əksər ölkələri də Ukraynanın Alyansa üzvlüyünün müsbət gələcəyi ilə bağlı tövsiyələrin risklərini görmürlər”, - Zelenski qeyd edib.

Mürtəza
Ölkə.Az

Bənzər yazılar

0.11648392677307