Agentlik 567 min manata 14 ədəd “Toyota” alır

 29-11-2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan Sosial Xidmətlər Agentliyi “Toyota Absheron Merkezı” MMC-dən (VÖEN – 3103678821) 567 min manata 2023-cü il istehsalı olan 14 ədəd minik avtomobili alacaq. 

Yeniavaz.com xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin satın alacağı minik avtomobilləri xidməti məqəsədlər üçün istifadə olunacaq.

Qeyd edək ki, bu ilin yanvar ayında Sosial Xidmətlər Agentliyinin eyni məqəsdlə “Toyota Absheron Merkezı” MMC-dən 589 min 50 manat dəyərində 9 ədəd minik avtomobili alıb.

Məlumat üçün bildirək ki, “Toyota Absheron Merkezı” MMC 12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oğludur.

Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir. 2014-2016-cı illərdə “Toyota”nın Bakıdakı satış mərkəzinə Dövlət Məşğulluq Agentliyinin sabiq sədri, hazırda isə Mədəniyyət Nazirliyi Aparatının rəhbəri olan Mustafa Abbasbəyli rəhbərlik edib.

Elnur Əli

Bənzər yazılar

0.12172102928162