Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb - VİDEO

 28-03-2022

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri növbəti tədbir nəticəsində qanunsuz olaraq əldə etdiyi odlu silah-sursatı satmaq istəyən şəxs saxlanılıb. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İdarəyə paytaxt sakini, əvvəllər məhkum edilmiş Tərlan Səfərovda silah olması və satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs əməliyyat nəticəsində tutularaq polis idarəsinə gətirilib. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Makarov” markalı atəş üçün yararlı tapança, həmin silaha məxsus daraq və 8 ədəd patron aşkar edilərək götürülüb. 

Tərlan Səfərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.

Bənzər yazılar

0.52395915985107